BDU-da “Sosial-emosional öyrənmə və bacarıqlar” mövzusunda təlim keçirilib

08/05/2026

Bakı Dövlət Universitetinin Keyfiyyət Təminatı Mərkəzinin təşkilatçılığı ilə universitetin akademik heyəti üçün “Sosial-emosional öyrənmə və bacarıqlar” mövzusunda təlim keçirilib. Təlim Elmina Kazımzadə — təhsil psixoloqu, BDU-nun Gender və tətbiqi psixologiya kafedrasının dosenti tərəfindən aparılıb.

Təlimin əsas məqsədi akademik heyətin sosial-emosional öyrənmə yanaşmaları, bu sahədə tətbiq olunan müasir pedaqoji metodlar, eləcə də tələbəyönümlü tədris prosesində sosial-emosional bacarıqların inkişaf etdirilməsi istiqamətində nəzəri və praktik biliklərinin artırılması olub.

Tədbir çərçivəsində sosial-emosional öyrənmənin ali təhsil mühitində rolu, tələbələrin emosional intellektinin inkişaf etdirilməsi, empatiya, effektiv ünsiyyət və əməkdaşlıq bacarıqlarının formalaşdırılmasının tədris keyfiyyətinə təsiri ətrafında geniş müzakirələr aparılıb.

Bununla yanaşı, sosial-emosional bacarıqların tədris prosesinə inteqrasiyası, müəllim-tələbə münasibətlərinin inkişafında bu bacarıqların əhəmiyyəti, həmçinin inklüziv və dəstəkləyici təhsil mühitinin formalaşdırılması istiqamətində tətbiq oluna biləcək praktik yanaşmalar iştirakçıların diqqətinə çatdırılıb.

İnteraktiv formatda təşkil olunan təlim iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında fikir mübadiləsinin aparılması ilə başa çatıb.

Xəbərlər

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib
29/06/2026

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır
29/06/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru
29/06/2026