BDU-da “İsrail poeziyası: klassik və müasir dövr” adlı tədbir

19/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin, Ərəb filologiyası kafedrasının birgə təşəbbüsü və “Regionşünaslıq” (İsrail üzrə) ixtisasında təhsil alan tələbələrin iştirakı ilə “İsrail poeziyası: klassik və müasir dövr” adlı tədbir keçirilib.

Əvəllcə “Regionşünaslıq” (İsrail üzrə) ixtisası II kurs tələbələri İsrail poeziyasının formalaşması, əsas istiqamətləri barədə məlumat veriblər.

Tədbir zamanı Xaym Nahman Byalik, Lea Qoldberq, Yehuda Amixay, Raxel, Natan Alterman, Erez Biton və digər tanınmış İsrail şairlərinin həyat və yaradıcılığına həsr olunmuş təqdimatlar nümayiş etdirilib. Tələbələr tərəfindən həmin şairlərin seçilmiş şeirləri ivrit dilində səsləndirilib, azərbaycanca tərcümələri təqdim olunub.

Tədbirdə İsrail poeziyasında vətənpərvərlik, insan və təbiət münasibətləri, mühacirlik və kimlik axtarışı kimi mövzulara xüsusi yer verilib. Bu poeziyanın yalnız bədii-estetik deyil, həm də mədəni və siyasi yaddaşın ifadəsi olduğu vurğulanıb.

Sonda fakültə dekanı Aydan Xəndan, elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə və baş müəllim Təranə Hüseynbalayeva çıxış edərək, tələbələrin təşəbbüsünü yüksək qiymətləndirib, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.

 

Xəbərlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək
13/01/2026

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026