BDU-da İsrail universitetləri ilə bağlı təqdimat keçiriləcək

22/09/2023

Oktyabrın 9-da saat 15.00-da Bakı Dövlət Universitetində (BDU) “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində hədəf universitetlər kimi seçilmiş dörd İsrail universiteti barədə tələbələrin məlumatlandırma tədbiri keçiriləcək. Tədbirdə İsrailin İsrail Texnologiya İnstitutu (Technion), Yerusəlim İbrani Universiteti (HUJI), Təl-Əviv Universiteti (TAU) və Veysman İnstitutundan olan nümayəndələr sözügedən ali təhsil müəssisələri haqqında tələbələri maraqlandıran sualları cavablandıracaqlar. Tədbir BDU-nun yeni tədris binasının dəyirmi zalında keçiriləcək.

Tədbirdə iştirak üçün qeydiyyat vacibdir. Qeydiyyat və əlavə məlumat üçün BDU-nun Beynəlxalq əlaqələr şöbəsinə yaxınlaşa bilərsiniz.

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026