BDU-da “Əsrin müqaviləsi: Azərbaycanın enerji strategiyasının təməli” mövzusunda tədbir keçirilib

22/09/2026

Bakı Dövlət Universitetində (BDU) “YENİ Klub”un təşkilatçılığı ilə “Əsrin müqaviləsi: Azərbaycanın enerji strategiyasının təməli” mövzusunda tədbir keçirilib. Tədbirdə Milli Məclisin üzvləri Vüqar Rəhimzadə və Naqif Həmzəyev, Universitetin tələbələri iştirak ediblər.

Milli Məclisin üzvü Vüqar Rəhimzadə tələbələr qarşısında çıxış edərək Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin müqaviləsi”nin Azərbaycanın enerji siyasətinin formalaşmasında və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsində rolundan bəhs edib. O qeyd edib ki, enerji resurslarının müxtəlif marşrutlarla dünya bazarlarına çıxarılması Azərbaycanın regional və beynəlxalq enerji əməkdaşlığında iştirak imkanlarını genişləndirib. Vüqar Rəhimzadə sonrakı dövrdə həyata keçirilən iri enerji layihələrinin Azərbaycanın enerji strategiyasının davamlı inkişafında mühüm rol oynadığını bildirib.

Milli Məclisin üzvü Naqif Həmzəyev isə müstəqilliyin ilk illərində Azərbaycanın təbii resurslarının milli maraqlar əsasında işlənilməsi və dünya bazarlarına çıxarılması istiqamətində həyata keçirilən siyasətdən danışıb. O bildirib ki, “Əsrin müqaviləsi” ilə əsası qoyulan enerji strategiyası ölkənin iqtisadi inkişafı üçün yeni imkanlar açıb, Azərbaycanın beynəlxalq enerji layihələrində iştirakının genişlənməsinə şərait yaradıb. Naqif Həmzəyev 20 sentyabr 1994-cü ilin Azərbaycanın enerji siyasətinin formalaşması baxımından əlamətdar tarix olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycanın enerji diplomatiyası, həyata keçirilən regional və beynəlxalq enerji layihələri, enerji təhlükəsizliyi və bu sahədə gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Milli Məclisin üzvləri tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıblar.

 

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026