BDU-da “Sürünənlərin Darevskia cinsində partenogenez hadisəsi” adlı elmi seminar keçirilib

08/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Təbiətin davamlı harmoniyası” klubunun üzvləri Hüseyn Qədirov və Amin Nurəliyevin “Sürünənlərin Darevskia cinsində partenogenez hadisəsi” mövzusunda seminarı keçirilib.

“Təbiətin davamlı harmoniyası” klubunun rəhbəri Əbülfəz Tağıyev qeyd edib ki, kərtənkələlərin Darevskia cinsinə aid nümayəndələri Qafqazın endem növləri olub, partenogenez (bu zaman yeni orqanizm mayalanmamış yumurta hüceyrədən inkişaf edir) yolu ilə çoxalır.

Daha sonra çıxışçılar mövzu ilə bağlı geniş məlumat veriblər. Bildirilib ki, Darevskia cinsində partenogenez tez-tez təsadüf edilən hibridləşmənin nadir və spesifik nəticəsidir. Bu da obliqat partenogenezin təbiətdə nadir hallarda rast gəlinməsinin əsas səbəbidir.

Biologiya fakültəsinin dekanı Afət Məmmədova təqdim edilmiş müasir elmi faktların  əhəmiyyətini vurğulayıb, bu mövzuda araşdırmaların molekulyar səviyyədə davam etdirilməsini təklif edib.

Seminar müzakirələrlə davam edib.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026