BDU-da statistika ilə bağlı tədbir keçirilib

21/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” çərçivəsində tələbələrə statistik uçotun əhəmiyyəti, statistik materialların hazırlanması və s. təbliği məqsədilə onlayn tədbir keçirilib.

BDU THİK sədri Hacıbaba Mustafayev tədbiri giriş sözü ilə açaraq fakültə nümayəndələrini mövzu ilə bağlı məlumatlandırıb. O, statistik məlumatların hazırlanmasına sərf olunan vaxtın və xərclərin kağızsız texnologiyanın tətbiqi yolu ilə azaldılması vasitəsilə sənədlərlə işin təşkilində səmərəliliyin yüksəldilməsi, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsinin təmin ediləcəyinə əminliyini ifadə edib.

Tədbirdə iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərin qeydə alınaraq təhlili və müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarəetmənin təmin edilməsi üçün dəqiq və dolğun statistik məlumatlara olan tələbat rəsmi statistikanın təkmilləşdirilməsini də şərtləndirdiyindən bəhs edilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026