BDU-da “Sufi fenomenologiya: dövrümüzün yeni fəlsəfi sistemi” mövzusunda ustad dərsi

19/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi və dinşünaslıq şöbəsinin müdiri, professor Könül Bünyadzadənin “Fəlsəfə” ixtisasında təhsil alan tələbələr üçün “Sufi fenomenologiya: dövrümüzün yeni fəlsəfi sistemi” mövzusunda ustad dərsi təşkil olunub.

Könül Bünyadzadə tələbələrə bu istiqamətdə apardığı tədqiqatlar və “Sufi fenomenologiya” adlı ikicildlik əsəri haqqında məlumat verib. Qeyd edib ki, sufi fenomenologiya orta əsr Şərq fəlsəfəsi (sufizm) ilə çağdaş dövr fəlsəfəsinin (fenomenologiya) kəsişmə nöqtəsi üzərində qurulmuş, müasir dövrün tələblərinə uyğun yeni düşüncə qatlarını açan, ruh və məntiq arasında sintez yaratmaqla onu maddi dünya çərçivəsindən yüksəyə qaldıra bilən, mənəvi və mental keyfiyyətlərin kamilləşməsinə yönələn fəlsəfi sistemdir. O, tələbələri sufi fenomenologiyaya giriş, yeni fəlsəfənin əsasları, sufi fenomenoloji metodologiya və ağıl haqqında mülahizələrlə tanış edib. Yeni fəlsəfi sistemdə ruhani təcrübə ilə şüur təcrübəsinin vahid strukturu kontekstində varlıq problemi və idrak nəzəriyyəsinə yeni baxış bucağının irəli sürüldüyünü deyib.

Məruzəçi öz mahiyyətini dərk etmək, mənəviyyatla gerçəklik arasında sabit körpü qurmaq, fəlsəfənin müasir dövrdə rolunu anlamaq və dünyaya fərqli prizmadan baxmaq istəyənlər üçün sufi fenomenologiya təliminin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Ustad dərsi zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026