BDU-da suyun oksidləşmə proseslərində son nailiyyətlərə dair elmi seminar

01/03/2024

Bakı Dövlət Universitetində (BDU) “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə seminarlar davam edir. BDU-nun professor-müəllim heyətinin, doktorant və gənc tədqiqatçılarının iştirakı ilə “Fotosistem II və suyun oksidləşmə proseslərində son nailiyyətlər” mövzusunda mühazirə keçirilib. Mühazirədə Biologiya, Fizika, Ekologiya və torpaqşünaslıq fakültələrinin tələbələri iştirak ediblər.

Məruzəçi, İsveçin Uppsala Universitetinin Angstrem laboratoriyasının Kimya kafedrasının professoru Fikrət Məmmədov biosferin formalaşmasına əsaslı təsir göstərən fotosintez prosesinin təkamülü haqqında məlumat verib. Fotosintez prosesi planetimizi oksigenlə təmin edən ən mühüm proses olub, yaşıl bitkilər, yosunlar və sianobakteriyalar tərəfindən həyata keçirilir. Hazırda fotosintez prosesinin molekulyar mexanizmini anlamaq, effektivliyini artırmaq məqsədilə çoxsaylı elmi tədqiqatlar aparılır. Mühazirədə fotosintez prosesinin ən son nailiyyətləri müzakirə edilib.

Professor diqqətə çatdırıb ki, ötən əsrdə suyun oksidləşmə reaksiyasının mexanizmlərinin kəşfindən sonra prosesi anlamaq üçün spektroskopik, biofiziki və biokimyəvi metodların geniş spektrindən istifadə edilib. Son illərdə təkmilləşən ardıcıl femtosaniyə kristalloqrafiyası metodu fotosintezdə suyun oksidləşməsi mərhələlərini molekulyar səviyyədə tədqiq etməyə imkan verib.

Mühazirənin sonunda professor Fikrət Məmmədov iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026