BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2025" layihəsinin açılış mərasimi keçirilib

07/10/2025

Artıq 15 ildir ki, Azərbaycanda hər il keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2025” layihəsinin açılış mərasimi olub.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə tərəfdaşlığı ilə həyata keçirilən layihədə iştirak etmək üçün 15-dən artıq aparıcı ali təhsil müəssisəsini təmsil edən 600-dən çox gənc müraciət edib. Müraciətçilər arasından mövzuya uyğun bilikləri və xarici dil bacarıqları ilə fərqlənən 100 nəfər gənc seçilib.

BDU-da keçirilən açılış mərasimində Universitetin rektoru Elçin Babayev, İƏGF Avrasiya Regional Mərkəzi İdarə Heyətinin sədri Elçin Əsgərov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov çıxış ediblər. Natiqlər öz çıxışlarında "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2025" layihəsinin əhəmiyyətindən bəhs edərək, onun islam ölkələrinin gəncliyinin inkişafındakı rolunu, Azərbaycan gənclərinin dünya arenasında təmsilçiliyinə verdiyi töhfələri xüsusi vurğulayıblar.

Açılış mərasimindən sonra qonaq spiker qismində Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş “Qlobal məsələlərdə beynəlxalq təşkilatların rolu: Mərakeşin xarici siyasət prioritetləri və Azərbaycanla əlaqələr” mövzusunda çıxış edib.

Qeyd edək ki, 6 həftə ərzində davam edəcək "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2025" layihəsi çərçivəsində İƏT ölkələrini Azərbaycanda təmsil edən diplomatik missiya rəhbərləri, eləcə də azərbaycanlı rəsmilər və sahə üzrə ekspertlər beynəxalq münasibətlər, dövlət quruculuğu, islam sivilizasiyası, İƏT-in dünyada rolu, milli dövlətçiliyin əsasları və digər aktual mövzular üzrə məruzələrlə çıxış edəcəklər.

Bununla yanaşı, layihə çərçivəsində Azərbaycanın 5 ali təhsil müəssisəsində müxtəlif İƏT ölkələrini təmsil edən Xarici İşlər nazirliklərinin, yekun mərhələdə İƏT Xarici İşlər Nazirləri toplantısının simulyasiya konfransları keçiriləcək. Bu simulyasiya konfransında münsiflər heyətinin qərarı ilə xarici dil qabiliyyəti və xüsusi yaradıcılıq bacarığı ilə seçilən tələbələr “Beynəlxalq İƏT Modeli” yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.

Xatırladaq ki, İƏT Modeli proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclər təşkilatlatları rəhbərləri və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahələrində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.

Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə İƏT-ə üzv olan 40-dan artıq ölkə nümayəndəsinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında Azərbaycanı layiqli şəkildə təmsil ediblər.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”
24/10/2025

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib
24/10/2025

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”
24/10/2025