BDU-da İƏT Model Məzunlar Assosiasiyasının görüşü

04/09/2025

Bakı Dövlət Universitetində (BDU) İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏTGF-ARM) tərəfindən İƏT Gənclər Günü münasibətilə İƏT Model Məzunlar Assosiasiyasının təsis edilməsi ilə bağlı görüş keçirilib.

Görüşdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, İƏTGF-ARM-in baş direktoru Rəfiq İsmayılov, İƏT model məzunu və Yaponiyanın Vaseda Universitetinin tədqiqatçısı Pərvin Rəhimli çıxış edərək, Assosiasiyanın məqsəd və vəzifələrindən söz açıblar.

Daha sonra İƏTGF-ARM-in baş direktorunun müavini Ramin Həbibzadə iştirakçılarla interaktiv müzakirələr aparıb.

Qeyd edək ki, İƏT Model Məzunlar Assosiasiyasının yaradılmasında əsas məqsəd tələbələrin sosial əlaqələrinin genişləndirilməsi, onlar üçün mentorluq şəbəkəsinin yaradılması və proqramın təkmilləşdirilməsi üçün məzun rəylərinin toplanmasıdır.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
02/11/2026

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
02/11/2026

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”
02/11/2026