BDU-da “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsi uğurla davam edir

27/10/2025

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə tərəfdaşlığı ilə həyata keçirilən "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2025" layihəsi uğurla davam edir.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli “Elm, texnoloji tərəqqi və dövlət suverenliyi”, eləcə də İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov “Beynəlxalq münasibətlərdə pərdəarxası müəyyənedici amillər” mövzularında məruzələrlə çıxış ediblər. Məruzəçilər çıxışlarında müasir dövrdə elmin və texnologiyanın dövlət siyasətindəki rolundan, beynəlxalq münasibətlərdə qlobal güc balansını müəyyən edən amillərdən bəhs ediblər.

Sessiya iştirakçı gənclərin çoxsaylı suallarının cavablandırılması ilə davam edib.

Qeyd edək ki, 6 həftə ərzində davam edəcək “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsi çərçivəsində İƏT ölkələrini Azərbaycanda təmsil edən diplomatik missiya rəhbərləri, eləcə də azərbaycanlı rəsmilər və sahə üzrə ekspertlər beynəlxalq münasibətlər, dövlət quruculuğu, islam sivilizasiyası, İƏT-in dünyada rolu, milli dövlətçiliyin əsasları və digər aktual mövzularla bağlı məruzələrlə çıxış edəcəklər.

Layihədə iştirak etmək üçün 15-dən çox aparıcı ali təhsil müəssisəsini təmsil edən 600-dən artıq gənc müraciət edib. Müraciətçilər arasından mövzuya dair bilikləri və xarici dil bacarıqları ilə fərqlənən 100 nəfər gənc seçilərək proqrama qəbul olunub.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026