BDU-da tanınmış filosof alim Zümrüd Quluzadənin xatirəsinə həsr edilmiş elmi seminar keçirilib

31/03/2022

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində tanınmış filosof alim Zümrüd Quluzadənin xatirəsinə həsr edilmiş  elmi seminar keçirilib.
Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov Zümrüd Quluzadənin əmək fəaliyyəti, fəlsəfə və ictimai fikir tarixinin inkişafı sahəsindəki araşdırmalarından danışıb. Qeyd edib ki, Zümrüd Quluzadə Azərbaycan ictimai və fəlsəfi fikrinin mahir tədqiqatçısı, Fəlsəfə və Sosiologiya İnstitutunun Azərbaycan fəlsəfə tarixi şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Prezident təqaüdçüsü olub.
Gender və tətbiqi psixologiya kafedrasının müdiri Rəna İbrahimbəyova məruzəsində Zümrüd Quluzadənin tədqiqat sahəsinin olduqca zəngin və əhatəli olmasından, onun Azərbaycan fəlsəfi fikir tarixi ilə yanaşı, mənəvi mədəniyyətimizin inkişaf tarixi, islam bölgəsi fəlsəfəsi, Şərq fəlsəfi fikir tarixi, müasir fəlsəfi istiqamət və cərəyanlar barədə tədqiqatlar apardığını qeyd edib.  
Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri Rəbiyyət Aslanova bildirib ki, Zumrüd Quluzadənin elmi yaradıcılığı təkcə fəlsəfi və ictimai fikir tarixi ilə məhdudlaşmır. Onun yaradıcılığında dialektika və idrak nəzəriyyəsi, sufizm, panteizm, məntiq, mənəvi mədəniyyətimizin inkişaf tarixi, etika, estetika, gender məsələlərinin təhlili geniş yer tutur.
Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova Zümrüd Quluzadənin fəlsəfə tarixi sahəsində elmi kadrların hazırlanmasında fəal və məhsuldar iştirakından danışıb, onun yaxından köməyi və elmi məsləhətçiliyi ilə 5 nəfər elmlər doktoru, birbaşa elmi rəhbərliyi ilə onlarla fəlsəfə doktoru hazırlandığını diqqətə çatdırıb.
AMEA-nın professoru Rəna Mirzəzadə və Fəlsəfə İnstitutunun əməkdaşı Nəzakət Salmanova çıxışlarında Zümrüd Quluzadənin gənclərə qayğısı və xeyirxah münasibətini, elmi obyektivlik, tələbkarlıq və prinsipiallıq cəhətlərini özündə birləşdirdiyini qeyd ediblər.

Xəbərlər

BDU-da tarix elminin qarşısında duran əsas vəzifələr müzakirə olunub

BDU-da tarix elminin qarşısında duran əsas vəzifələr müzakirə olunub
11/03/2026

“Beynəlxalq maliyyə bazarlarında risklərin idarə olunması mexanizmi” – BDU-da ustad dərsi

“Beynəlxalq maliyyə bazarlarında risklərin idarə olunması mexanizmi” – BDU-da ustad dərsi
11/03/2026

Maliyyə Nazirliyinin sektor müdiri BDU tələbələrinə ustad dərsi keçib

Maliyyə Nazirliyinin sektor müdiri BDU tələbələrinə ustad dərsi keçib
11/03/2026