BDU-da "Tarix yazan imza" adlı tədbir keçirilib

11/05/2021

Bakı Dövlət Universitetinin Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş  "Tarix yazan imza"  adlı onlayn tədbir keçirilib.

Tədbirin qonağı olan Azərbaycan Silahlı Qüvvələrinin polkovniki,  publisist,  Əməkdar incəsənət xadimi Abdulla Qurbani Heydər Əliyevlə bağlı xatirələrindən bəhs edib, Ulu Öndərin zəngin irsi və böyük dövlət xadimi kimi Azərbaycanın hərtərəfli inkişafına verdiyi töhfələrdən danışıb.

Çıxış edənlər Biologiya fakültəsinin dekan müavini Musa Cabbarov, fakültə  TGT-nin sədri Vüsal Məmmədrəhimov, Vətən Müharibəsi iştirakçısı Nurlan Məmmədrəhimov müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin Azərbaycanın şanlı tarixinə əbədi həkk olunduğunu və onun siyasi kursunun bu gün uğurla davam etdirildiyini vurğulayıblar.

Fakültənin tələbələri - Nərmin Mütəlova hazırladığı təqdimatı nümayiş etdirib, Günay Səfiyeva isə Ümummilli Liderə həsr olunmuş şeir səsləndirib.

Sonda Abdulla Qurbani Bakı Dövlət Universitenin Elmi kitabxanasına kitablar hədiyyə edib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Günəş aktivliyi yüksəkdir, geomaqnit qasırğası olacaq”

BDU-nun Astrofizika kafedrası: “Günəş aktivliyi yüksəkdir, geomaqnit qasırğası olacaq”
04/06/2026

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü elan edir

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü elan edir
04/06/2026

BDU-da çöl-tədris təcrübələri başlayıb

BDU-da çöl-tədris təcrübələri başlayıb
04/06/2026