BDU-da “Tarixi torpağımız Qərbi Azərbaycanın maddi-mənəvi irsi” adlı tədbir

30/05/2024

Bakı Dövlət  Universitetinin (BDU) Tarix fakültəsinin və Qərbi Azərbaycan İcmasının “Qərbi Azərbaycan: Yurd yerimizə sahib çıxaq” adlı birgə lahiyəsi çərçivəsində “Tarixi torpağımız Qərbi Azərbaycanın maddi-mənəvi irsi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib. Sonra isə torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Qərbi Azərbaycan İcmasının fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlər, "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası"nın hazırlanması elm və təhsil müəssisələri qarşısında da bir sıra vəzifələr qoyub. Bu məqsədlə BDU-da Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi yaradılıb, İcma ilə birgə tədbirlərə başlanılıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli isə qeyd edib ki, “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nda Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irsin, məscidlərin və qəbiristanlıqların kütləvi şəkildə dağıdıldığı, yer adlarının dəyişdirildiyi öz əksini tapıb. Əziz Ələkbərli vurğulayıb ki, qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov, Arxeologiya və etnoqrafiya kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru  Fəxriyyə Həvilova, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri Cəbi Bəhramov çıxışlarında Ermənistanın Qərbi Azərbaycanda həyata keçirdiyi deportasiya siyasətindən və soydaşlarımıza qarşı törədiyi vandalizm aktlarından bəhs edib, bu ərazinin maddi və mənəvi irsi haqqında məlumat veriblər.  Çıxışlarda vurğulanıb ki, Azərbaycanın Qarabağda böyük Zəfəri, Ermənistanın 30 illik işğalına son qoyması öz əzəli yurdlarından didərgin düşən bütün qərbi azərbaycanlıların doğma ellərinə qayıdışına inamını daha da artırıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024