BDU-da "Tariximizdə ən böyük Zəfər" adlı tədbir keçirilib

10/11/2021

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin könüllüləri və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə "Tariximizdə ən böyük Zəfər" adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən Cavanşir Muradov  Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olan şanlı Zəfər barəsində danışıb, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun tarixi ədaləti bərpa edərək, regionda yeni reallığın müəllifi olan qalib dövlətin qalib vətəndaşları kimi qürurla yaşayacığımızı qeyd edib.

Daha sonra  çıxış edən "Cəsur döyüşçü" medalı ilə təltif edilmiş qazi Elvin Əhədzadə,  "Füzulinin azad olunması uğrunda" və "Vətən uğrunda" medalları ilə təltif edilmiş qazi Tural Budaqov döyüşlərlə bağlı təəssüratlarını  bölüşüblər.

Filologiya fakültəsinin  dekan müavini  Anar Fərəcov tarixi Zəfərə gedən yoldan danışıb, gənclərin misilsiz fədakarlığından bəhs edib, xalq-iqtidar-ordu birliyinin gücü ilə torpaqlarımızın düşmən tapdağından azad edildiyini vurğulayıb.

Tədbirin bədii hissəsində Azərbaycan diliçiliyi kafedrasının müəllimi və dosenti Fikrət Əlizadə "Zəfər marşını" pianoda ifa edib.

Fakültə könüllülərinin rəhbərinin müavini Qönçə Balayeva şəhid ailələri ilə götürdüyü müsahibə zamanın yaşadığı təəssüratlardan, Tələbə Gənclər Təşkilatının fakültə üzrə sədr müavini Elnurə Ağasəfzadə gənclərin informasiya müharibəsindəki fəallığından bəhs edib.

Tədbirin sonunda Qələbəyə həsr olunmuş videoçarx nümayiş  olunub.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025