BDU-da “Tariximizin qanlı və şanlı səhifəsi” adlı sərgi təşkil olunub

16/01/2025

Bakı Dövlət Universitetində (BDU) XX əsrin ən dəhşətli hadisələrindən biri olan 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar “Tariximizin qanlı və şanlı səhifəsi” adlı ənənəvi kitab sərgisi təşkil olunub.

Elmi Kitabxananın təşkil etdiyi sərgidə 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan, rus və digər dillərdə məlumatlar, kitablar nümayiş olunur. Burada “20 Yanvardan başlanan azadlıq”, “Soyqırım analardan başlanır”, “20 Yanvar. Tariximizin qanlı və şanlı səhifəsi”, “20 Yanvar – Qan yaddaşımız”, “Черный Январь”, həmçinin Qüdrət Əbdülsəlimzadənin “20 yaşlı Yanvar”, “Nikbin faciə” və “Qanlı yanvardan 15 il keçdi”, Sona Həsənlinin “Şəhidlərimiz qürur yerimiz”, Səriyyə Müslümqızının “Qar üstünə qan yağırdı”, Rafiq Səməndərin “Şəhidlər”, Faiq Balabəylinin “Kəsilməyən həyəcan fiti”, Tacir Qurbanov, Almara Nəbiyeva, Maral Qocamanın həmmüəllifi olduqları “Azadlıq carçıları”, Hacı Niftalı Şıxların “Dünyamızın 20 Yanvar faciəsi”, Boran Əzizin “Mart faciasından Hoca`lıya: Azerbaycan`da ermenilerin türk soykırımı” kitabları və digər nəşrlər sərgilənir.

Sərgidə BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin Qanlı Yanvar hadisələrini əks etdirən rəsm əsərləri, həmin müdhiş gecənin dəhşətlərini göstərən fotolar da nümayiş olunur.

Xəbərlər

“QS World University Rankings by Subject 2026” nəticələrinə görə BDU Azərbaycanı ən çox ixtisasla təmsil edir

“QS World University Rankings by Subject 2026” nəticələrinə görə BDU Azərbaycanı ən çox ixtisasla təmsil edir
25/03/2026

Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı
20/03/2026

Təbiətin oyanış və birlik bayramı - Novruz

Təbiətin oyanış və birlik bayramı - Novruz
20/03/2026