BDU-da tədbir - “Bütöv Azərbaycan: suverenlik və dövlətçilik”

18/09/2026

Bakı Dövlət Universitetinin (BDU) C korpusunda “BDU könüllüləri” təşkilatının təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş “Bütöv Azərbaycan: suverenlik və dövlətçilk” mövzusunda tədbir keçirilib.

BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov Dövlət Suverenliyi Gününün  Azərbaycanın müasir tarixində müstəsna əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasının dövlətçilik tariximizin mühüm mərhələlərindən biri olduğunu qeyd edib. Prorektor dövlət suverenliyinin qorunması və milli təhlükəsizliyin təmin olunması baxımından gənclərin milli şüur, analitik düşüncə və sosial məsuliyyət ruhunda formalaşdırılmasının vacibliyini vurğulayıb.

BDU-nun Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin direktoru, Beynəlxalq münasibətlər kafedrasının dosenti Xalid Niyazov və Azərbaycan tarixi kafedrasının doktorantı Əli Babazadə çıxışlarında 20 sentyabrın tarixi əhəmiyyətindən, Azərbaycanın suveren dövlət kimi inkişaf yolundan və milli müstəqillik ideyasının formalaşmasında ziyalıların rolundan bəhs ediblər. Çıxışlarda tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasının və dövlətçilik dəyərlərinin qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirin bədii hissəsində “BDU könüllüləri” təşkilatının “KönüllüBand” klubunun üzvü Rəşad Allahverdiyev müxtəlif musiqi nümunələri ilə çıxış edib.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026