BDU-da tədbir: “Anım günümüz, qürur günümüz”

25/09/2025

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Anım günümüz, qürur günümüz” adlı tədbir keçirilib.

Dövlət himni səsləndirilib, Vətənimizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov müasir Azərbaycan Ordusunun gücündən, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq və igidlik nümunəsi göstərmiş əsgər və zabitlərimizin şərəfli döyüş yolundan bəhs edib, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğını vurğulayıb. O, şəhidlərin xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu qeyd edib.

Vətən müharibəsi iştirakçısı, Kimya fakültəsinin III kurs tələbəsi Namiq Əmənov çıxışında döyüş yolu, müharibə xatirələrini bölüşüb. Fakültənin III kurs tələbəsi Nəzrin Ağazadə şəhidlərin xatirəsinə həsr olunmuş şeir səsləndirib.

Tədbirdə Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026