BDU-da tədbir: “Aprel döyüşləri: tarixi yaddaş, milli qürur və Zəfər ruhu”

02/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10 illiyi münasibətilə “Aprel döyüşləri: tarixi yaddaş, milli qürur və Zəfər ruhu” adlı tədbir keçirilib.

Tədbirin məqsədi Azərbaycan xalqının qəhrəmanlıq tarixində xüsusi yer tutan Aprel döyüşlərinin əhəmiyyətini gənc nəslin diqqətinə çatdırmaq, həmin döyüşlərdə nümayiş etdirilən igidlik və vətənpərvərlik nümunələrini, milli-mənəvi dəyərləri və dövlətçilik ənənələrini təbliğ etməkdir.

Geologiya fakültəsinin dekanı Mamoy Mansurov Aprel döyüşlərinin Azərbaycan hərb tarixində mühüm dönüş nöqtələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, 2016-cı ilin aprel ayında cəmi bir neçə gün davam edən bu döyüşlər Azərbaycan Ordusunun qüdrətini, peşəkarlığını və yüksək döyüş ruhunu nümayiş etdirib.

Qeyd olunub ki, Aprel döyüşləri təkcə hərbi uğur deyil, milli özünüdərk, Xalq-Ordu birliyi və dövlətə inam baxımından da mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, həmin döyüşlər zamanı əldə olunan nailiyyətlər qələbəyə inamı daha da möhkəmləndirib və bu yol 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərlə nəticələnib.

Geologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev Aprel döyüşlərinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını bildirib. Qeyd edib ki, bu döyüşlər Azərbaycan gəncliyi üçün qəhrəmanlıq və Vətən sevgisinin parlaq nümunəsidir.

Vətən müharibəsi qazisi, Geologiya fakültəsinin II kurs tələbəsi Xanlar Heydərov döyüş xatirələrini bölüşüb, səngərdə formalaşan birlik və qardaşlıq mühitindən, qələbəyə gedən yolun məsuliyyətli və şərəfli olmasından bəhs edib. O vurğulayıb ki, Azərbaycan əsgərinin qələbə əzmi, sarsılmaz iradəsi və Vətən sevgisi həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində özünü parlaq şəkildə göstərib.

Sonda tələbələrin hazırladığı bədii kompozisiya və Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş olunub.

Xəbərlər

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
17/07/2026