BDU-da tədbir: “Coğrafiyanın səsi”

04/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Coğrafiyanın səsi” adlı maarifləndirici tədbir keçirilib.

Tədbiri fakültə dekanı, professor Məqsəd Qocamanov açaraq coğrafiya elminin cəmiyyət üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, iqlim dəyişmələri, təbii resursların idarə olunması, təbii risklərin qiymətləndirilməsi kimi qlobal çağırışların həllində coğrafiyanın xüsusi rol oynadığını bildirib. Professor tələbələri elmi fəaliyyətə fəal qoşulmağa və coğrafiya elminin təqdim etdiyi imkanlardan səmərəli istifadə etməyə çağırıb.

Daha sonra Geodeziya və kartoqrafiya kafedrasının müdiri Əfqan Talıbov çıxış edərək coğrafiyanın təbii proseslərin öyrənilməsində əvəzsiz rolundan bəhs edib. O, qlobal iqlim dəyişmələri, geodinamik hadisələr və təbii fəlakətlərin tədqiqi kimi sahələrin əhəmiyyətini vurğulayaraq, tələbələrə bu biliklərin praktiki dəyərini düzgün dərk etməyi tövsiyə edib.

Tədbir çərçivəsində Coğrafiya fakültəsi tələbələrinin hazırladığı səhnəciklər nümayiş olunub, o cümlədən vulkan prosesinin yaranmasını əyani şəkildə əks etdirən səhnəcik təqdim edilib. Sonra coğrafiyaya dair maarifləndirici videoçarx nümayiş olunub.

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026