BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

20/11/2026

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Bakı Dövlət Universiteti və Universitetin Geologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Z. Xəlilov küçəsi, 33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, professor Zahid Cəfərov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixindəki müstəsna xidmətlərindən danışıb. O qeyd edib ki, Ulu Öndərin siyasi fəaliyyəti, dövlətçilik təcrübəsi və milli maraqlara əsaslanan idarəçilik fəlsəfəsi müasir Azərbaycanın inkişaf modelinin fundamental əsaslarını təşkil edir. Bildirilib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi strateji inkişaf kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni tarixi nailiyyətlərlə zənginləşdirilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası Azərbaycan dövlətçiliyinin inkişaf tarixində yeni mərhələnin başlanğıcıdır.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası müasir Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafının əsasını təşkil edir. Ulu Öndərin siyasi uzaqgörənliyi, qətiyyətli rəhbərliyi və milli maraqlara söykənən siyasəti müstəqil Azərbaycan dövlətinin möhkəm təməllərini formalaşdırıb. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilməsi ölkəmizi böyük tarixi nailiyyətlərə qovuşdurub. Hazırda ölkəmiz qarşısında duran əsas vəzifələrdən biri qazanılmış tarixi zəfərlərin siyasi, iqtisadi və mənəvi nəticələrini möhkəmləndirmək, milli həmrəyliyi daha da gücləndirmək və gələcək nəsillərə güclü dövlətçilik irsi ötürməkdir.

YAP Gənclər Birliyinin sədri Gülüstan Kərimli, Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov, fakültənin dekan müavini İlqar Quliyev çıxışlarında gənclərin dövlətçilik tariximizi, Ulu Öndərin siyasi irsini və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətləri dərindən öyrənməsinin vacibliyini vurğulayıb, bu prosesdə elm və təhsil müəssisələrinin, o cümlədən BDU-nun üzərinə mühüm vəzifələr düşdüyünü qeyd ediblər.

Tədbirin sonunda YAP-ın himni səsləndirilib.


 

Xəbərlər

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026

E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
19/11/2026