BDU-da tədbir: “Heydər Əliyev və Azərbaycanda gender siyasəti”

09/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Fizika və Mexanika-riyaziyyat fakültələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda gender siyasət” adlı tədbir keçirilib. Tədbirdə hər iki fakültənin əməkdaşları və tələbələri iştirak ediblər. Fakültə dekanları Bəxtiyar Paşayev və Ziyatxan Əliyev Ümummilli Lider Heydər Əliyevin nəsillərə nümunə olan ömür yolu, milli dövlətçiliyimiz, müstəqilliyimiz uğrunda apardığı çoxşaxəli fəaliyyəti barədə məlumat veriblər.

Sonra Fizika fakültəsinin professoru, “Qadın Problemləri” Tədqiqat Birliyinin rəhbəri Səcidə Əbdülvahabova “Heydər Əliyev və qadın siyasəti” mövzusunda məruzə edib. O, Ulu Öndərin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə qadınların inkişafına xüsusi diqqət göstərməsi, onların cəmiyyətin bütün sahələrində yüksək səviyyədə təmsil olunmaları istiqamətində gördüyü işləri diqqətə çatdırıb. 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra da Ümummilli Lider bu siyasəti davam etdirib, Azərbaycan qadınların hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalara qoşulub. Səcidə Əbdülvahabova hazırda dövlət qadın siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu istiqamətdə zəruri qanunların qəbul edildiyini, qadınların inkişafı üçün hərtərəfli imkanların yaradıldığını bildirib.

Mexanika-riyaziyyat fakültəsinin tələbələri Sara Qurbanova və Toğrul Ələkbərov, Fizika fakültəsinin tələbəsi Könül Əhmədova Azərbaycanın və dünyanın tanınmış qadınları barədə təqdimatlar ediblər.

Tədbir bədii hissə ilə davam edib.

 

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026