BDU-da tədbir: "Kimya - həyatımızın parçası"

10/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə "Kimya - həyatımızın parçası" mövzusunda tədbir keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, professor Namiq Şıxəliyev, BDU TEC-in sədri İsa İsayev Tələbə Elmi Cəmiyyətinin yüksəkixtisaslı kimyaçı kadrların yetişməsindəki rolunu vurğulayıblar.  Qeyd olunub ki, TEC istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında, onların elmi fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır. Fakültə TEC-i tələbələrin kafedra və elmi-tədqiqat laboratoriyalarında aparılan tədqiqatlara yönləndirilməsinə, olimpiadalarda iştirakına, bacarıqlarının artırılmasına, kimyanın sirlərinə dərindən yiyələnmələrinə öz töhfəsini verir.
Tədbirdə  fakültə TEC-in üzvləri Arzu Süleymanova, Aytac Vəliyeva və Fərid Abbasov “Kimyanın  insan həyatında rolu”, “Kimyəvi gigiyena və kosmetika”, “Kimya elminin insan sivilizasiyasının inkişafındakı rolu” barədə məruzə ediblər. Tədbir zamanı "Nə üçün TEC?" sualı ətrafında çıxışlar edilib, müzakirələr aparılıb.
Sonda Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026