BDU-da tədbir: “Ölkəmizin ictimai həyatında gənclərin rolu”

01/03/2024

Bakı Dövlət Universitetində (BDU) “Ölkəmizin ictimai həyatında gənclərin rolu” adlı tədbir keçirilib.

“BDU könüllüləri" təşkilatının Mexanika-riyaziyyat, Sosial elmlər və psixologiya fakültələri üzrə üzvlərinin təşəbbüsü ilə keçirilən tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib.

Təşkilatın fakültələr üzrə rəhbərləri Nuray Cəfərova və Sevil Nəsirova dövlət gənclər siyasətinin məqsəd və vəzifələrindən, dövlət idarəçiliyində gənclərin rolunun artırılmasından, könüllülük fəaliyyətindən, Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıqlardan bəhs ediblər. Bildiriblər ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Gənclər cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Gənclərin inkişafının təmin edilməsi istiqamətində aparılan ən yaxşı işlərdən biri könüllülük hərəkatının genişləndirilməsidir. 5 ildir fəaliyyətini uğurla davam etdirən “BDU könüllüləri” təşkilatı da ölkədə könüllülük hərəkatına öz töhfələrini verir.

Daha sonra ölkəmizdə gənclər siyasətinin uğurlarını əks etdirən videoçarx izlənilib.

 

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026