BDU-da tədbir: “Müharibə şəraitində psixoloqun fəaliyyətinin xüsusiyyətləri”

16/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Müharibə şəraitində psixoloqun fəaliyyətinin xüsusiyyətləri” adlı tədbir təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva, kafedranın müəllimi İlahə Hacıyeva, doktorant Əminə Əliyeva və I kurs tələbələri iştirak ediblər.
Psixologiya kafedrasının doktorantı, klinik psixoloq Əminə Əliyeva “Posttravmatik stres pozuntusu: klinik qiymətləndirmə və psixoterapevtik inteqrasiya” mövzusunda çıxış edib. Məruzə zamanı o, travma sonrası stres pozuntusunun (PTSP) elmi əsasları, diaqnostik meyarları və müasir müalicə yanaşmaları barədə ətraflı məlumat verib.

Əminə Əliyeva bildirib ki, posttravmatik stres pozuntusu insanın müharibə, zorakılıq, qəza, təbii fəlakət və ya ağır itki kimi hadisələrdən sonra yaşadığı emosional və psixoloji pozğunluq formasıdır. O, bu pozğunluğun biopsixososial mexanizmləri, simptom dinamikası və effektiv müdaxilə metodları haqqında danışıb.

Klinik psixoloq vurğulayıb ki, Qarabağ müharibəsinin Azərbaycan cəmiyyətinə göstərdiyi psixoloji təsirlər fonunda bu mövzuda tədbirlərin təşkili mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, müharibə iştirakçıları, qazilər, şəhid ailələri və travma yaşamış mülki şəxslərlə çalışan mütəxəssislər üçün belə görüşlər həm nəzəri biliklərin möhkəmləndirilməsi, həm də praktik bacarıqların inkişafı baxımından xüsusi dəyərə malikdir.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-da elmi seminar: “Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması”

BDU-da elmi seminar: “Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması”
23/04/2026

BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin xor kollektivinin konserti

BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin xor kollektivinin konserti
23/04/2026