BDU-da tədbir: “Müxtəlif ölkələrin fərqli təhsil sistemləri”

13/12/2022

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Müxtəlif ölkələrin fərqli təhsil sistemi” adlı tədbir keçirilib. Fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova qeyd edib ki, antik dövrdən indiyədək tarixin bütün dönəmlərində müxtəlif xalqlar fərqli təhsil sistemləri yaradıb. Təlim-tərbiyə metodlarının müxtəlifliyinə baxmayaraq, bu sistemlər təhsil institutunun inkişafına və onun daha da təkmilləşməsinə səbəb olub. Nəzakət Kərimova müxtəlif təhsil modellərinin müqayisəli təhlilini verməklə yanaşı, müasir dünyada gedən proseslərin təhsilə təsiri məsələlərdən də danışıb.  
Fakültənin müəllimi Tutu Eyvazova hazırda respublikamızda insan kapitalının inkişafına istiqamətlənmiş böyük layihələrdən söz açıb, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən danışıb. O, gənclərin dünyagörüşünün, əxlaqi-mənəvi keyfiyyətlərinin, habelə yaradıcılıq qabiliyyətlərinin formalaşmasında təhsilin böyük rol oynadığını qeyd edib.

Sosiologiya ixtisasının II kurs tələbələrindən Əli Həsrətov Burundi, Sevil Nənəcanova Norveç, Heydər Aslanov Misir, Laçın Osmanov Kanada, Suğra Əkbərova Birləşmiş Ərəb Əmirliyi, Səbinə Məmmədova Finlandiya, Günel Quliyeva İtaliya, Rəsmiyyə Vəliyeva Nigeriya, Cavid Paşayev Şimali və Cənubi Koreya respublikalarının təhsil sistemləri, infrastrukturu, tədrisin keyfiyyəti, maliyyələşmə mexanizmləri barədə ətraflı məlumat verib, müqayisəli təhlil ediblər.

Fakültənin tələbəsi Uğur Məmmədzadə ərazisində müharibə gedən dövlətlərin təhsil müəssisələrindəki acınacaqlı vəziyyətlə bağlı hazırladığı slaydı tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, erməni təcavüzü nəticəsində dağıdılmış təhsil və mədəniyyət ocaqlarımız haqqında məlumat verib.
Tədbirin sonunda maraqlı çıxışları ilə fərqlənən tələbələrə kitab hədiyyə edilib.


Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025