BDU-da tədbir: “Qələbənin səsi”

31/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi Cəmiyyəti tərəfindən tarixi Zəfərimizin beşinci ildönümünə həsr olunmuş “Qələbənin səsi” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun Elmi fəaliyyətinin təşkili və innovasiyalar Mərkəzinin direktoru Farid Nağıyev Vətən müharibəsində əldə edilən tarixi Qələbənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi və Ordumuzun qəhrəmanlığı sayəsində mümkün olduğunu vurğulayıb. O, xalqımızın birlik və mübarizə ruhunun bu qələbədə həlledici rol oynadığını vurğulayıb və belə tədbirlərin gənclərdə vətənpərvərlik duyğularının daha da güclənməsinə töhfə verdiyini qeyd edib.

Daha sonra 44 günlük Vətən müharibəsi ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda Filologiya fakültəsinin III kurs tələbəsi Leyla Nəbizadə Zəfər Gününə həsr etdiyi şeiri səsləndirib.

 

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026