BDU-da tədbir: “Sən elə bir zirvəsən”

11/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində əvəzolunmaz şəxsiyyət kimi öz parlaq izini qoyub. Onun müdrik rəhbərliyi, uzaqgörən siyasəti və xalqa olan tükənməz sevgisi sayəsində müstəqilliyimiz gücləndirilib, ölkəmiz beynəlxalq aləmdə tanınıb: “Hər il 12 dekabrda Azərbaycan xalqı Ulu Öndəri dərin ehtiramla yad edir. Onun xatirəsi yalnız bir günlə məhdudlaşmır, çünki Ulu Öndərin əməlləri və ideyaları hər bir azərbaycanlının qəlbində yaşayır”. Mamoy Mansurov Ümummilli Liderin dövlət siyasətində gənclər, təhsil və elm istiqamətinin daim önəmli yer tutduğunu vurğulayıb. O bildirib ki, Ulu Öndərin diqqət və qayğısı nəticəsində elmin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib, bu sahədə davamlı islahatlar həyata keçirilib.

Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri, dosent Əvəz Məmmədov çıxışında Ulu Öndərin hakimiyyətdə olduğu illərdə təbii ehtiyatların tədqiqi və onların qorunmasına yönəlik dövlət siyasəti, geologiya və Yer elmlərinə diqqət və qayğı barədə ətraflı məlumat verib, onun dövlətçilik irsinin bugünkü nəsillər üçün əhəmiyyətindən danışıb.

Sonra Ümummilli Liderə həsr olunmuş “Heydər Əliyev. Əsl məhəbbət haqqında” filmi nümayiş etdirilib.

Xəbərlər

Azərbaycan milli mətbuatı - 151

Azərbaycan milli mətbuatı - 151
22/07/2026

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026