BDU-da tədbir: “İsrailin mədəni irsi”

08/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Ərəb filologiyası kafedrası və fakültə Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə İsrail mədəniyyətinə həsr olunmuş “İsrailin mədəni irsi” mövzusunda elmi-praktik tədbir keçirilib.

“Regionşünaslıq” (İsrail üzrə) ixtisası üzrə I kurs tələbələri tərəfindən İsrailin tarixi-mədəni mənzərəsini əks etdirən təqdimatlar edilib. Təqdimatlarda İsrail dövlətinin rəmzləri, yəhudi etnik və dini qrupları, yəhudi dilləri və dialektləri, ailə institutu, toy və ailə mərasimləri, mədəni adət-ənənələr, yəhudi təqvimi və bayramları haqqında ətraflı məlumat təqdim olunub. Tələbələr Roş Haşana (Yeni il), Peşah (Pasxa) və Purim bayramlarına məxsus adətləri əyani şəkildə nümayiş etdirib, iştirakçılarda İsrailin mədəni müxtəlifliyi haqqında vizual təsəvvür yaradıblar.

Tədbir zamanı İsrail mədəniyyətinin qədim sivilizasiya qatlarını və müasir çoxmədəniyyətli cəmiyyət strukturunu sintez edən unikallığı vurğulanıb. Qeyd olunub ki, İsrail ədəbiyyatı, incəsənəti, musiqisi və mətbəxi bu ölkənin etnik və dini müxtəlifliyinin real təzahürüdür və “Regionşünaslıq” ixtisasında təhsil alan tələbələr üçün xüsusi elmi maraq doğurur.

Sonda fakültə dekanı, dosent Aydan Xəndan, Ərəb filologiyası kafedrasının müdiri, dosent Vüqar Qaradağlı, elmi işlər üzrə dekan müavini, dosent Nigar İsmayılzadə, tədris işləri üzrə dekan müavini Tərlan Məlikov və baş müəllim Təranə Hüseynbalayeva çıxış edərək, tələbələrin təşəbbüsünü yüksək qiymətləndirib, belə tədbirlərin tələbələrin elmi biliklərini praktik bacarıqlarla birləşdirməsi baxımından əhəmiyyətini vurğulayıblar.

 

Xəbərlər

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçirilib

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçirilib
15/01/2026

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək
13/01/2026