BDU-da tədbir: “Tarixə yazılan ömür -100”

11/05/2023

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının təşkilatçılığı ilə "Gənc tarixçilər” klubunun "Tarixə yazılan ömür-100" adlı tədbiri keçirilib.

Tədbirdə SABAH qruplarının II kurs Tarix müəllimliyi ixtisasının tələbəsi Xanım Günəşli "Heydər Əliyevin Azərbaycana rəhbərliyinin I dövrü" məruzəsi ilə çıxış edib. Məruzədə Ulu Öndərin Azərbaycanda 1969-1982-ci illər ərzində həyata keçirdiyi quruculuq işləri, müstəqilliyə doğru böyük dönüş və milli oyanışın başlanması barədə ətraflı məlumat verilib.

SABAH qruplarının II kurs Tarix müəllimliyi ixtisasının tələbələrinin iştirakı ilə hazırlanmış videoçarxda Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin II dövrü əks olunub.

SABAH qruplarının II kurs Tarix müəllimliyi ixtisasının tələbəsi Pərvanə Əlizadə "Heydər Əliyevin gənclər siyasəti" məruzəsində isə Ulu Öndərin gənclərin təhsili, inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər haqqında danışıb.

"Heydər Əliyevin həyatı və siyasəti" adlı videoçarxın nümayişindən sonra SABAH qruplarının IV kurs Tarix müəllimliyi ixtisasının tələbəsi Azər Həndəmov "Türk dünyasının mədəniyyət paytaxtı Şuşada yenidənqurma və bərpa işləri" adlı məruzə edib.

Xəbərlər

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026