BDU-da tədbir: “Tarixin qanlı səhifəsi”

19/01/2026

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Tarixin qanlı səhifəsi” adlı anım tədbiri keçirilib.

Fakültə rəhbərliyinin və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Dövlət himni səsləndirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixində silinməz iz buraxmış faciələrdən biri olduğunu bildirib. O qeyd edib ki, bu qanlı hadisə xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin bariz nümunəsidir. Dekan 20 Yanvar şəhidlərinin göstərdiyi qəhrəmanlığın xalqımız tərəfindən daim ehtiramla xatırlandığını vurğulayıb, gənclərin bu tarixi hadisələri dərindən öyrənməsinin və milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşmasının vacibliyini diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirilib, mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, həmçinin həmin gecənin ağrılı anlarını əks etdirən səhnəcik təqdim olunub.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026