BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Xarıbülbülün zəfər nəğməsi” adlı tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxışında Zəfər Gününün Azərbaycan xalqının tarixindəki əhəmiyyətindən, tarixi qələbənin milli birliyin və dövlətin gücünün təcəssümü olmasından bəhs edib.
Daha sonra Vətən müharibəsi qaziləri İsmayıl Hacıyev və Həzi İmanov çıxış edərək müharibə xatirələrini, döyüş yoldaşlarının qəhrəmanlığını, torpaqlarımızın azadlığı uğrunda göstərdikləri fədakarlığı diqqətə çatdırıblar. Onlar Zəfərin qazanılmasında şəhid və qazilərin göstərdiyi şücaətin daim xatırlanmasının vacibliyini vurğulayıblar.
Tədbir tələbələrin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.
.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)
