BDU-da tədqiqat nəticələrinin istehsalatda tətbiqi üzrə işlər davam edir

17/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzində növbəti elmi seminar keçirilib. Seminarda doktorant  Orxan Güləhmədov  “Triboelektrik nanogeneratorlar vasitəsilə yüksək gərginlik xətlərinin monitorinqinin aprılması" mövzusunda məruzə ilə çıxış edib.

Triboelektrik nanogeneratorlardan yüksək gərginlikli elektrik xətlərinin monitorinqi zamanı sensor kimi istifadə olunması təklif olunur. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, generatorlarda gümüş nanonaqillərindən elektrod kimi istifadə olunması sensorların həssaslığını kəskin olaraq artırır. Maqnit xassəli nanozərrəciklərin sensorların həssaslığına təsiri istiqamətində tədqiqatlar davam edir.

Seminarda Mərkəzin əməkdaşları, tələbələr və gənc tədqiqatçılar iştirak ediblər.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026