BDU-da “Tədqiqatçının və elmi müəssisənin nəşr strategiyası ” mövzusunda tədbir keçirilib

02/05/2018

Bakı Dövlət Universitetində “BDU-Clarivate Analytics (“Thomson Reuters”) Şirkəti” əməkdaşlığı çərçivəsində “Tədqiqatçının və elmi müəssisənin nəşr strategiyası ” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, Təhsil Nazirliyinin əməkdaşlarının, universitetin professor-müəllim heyəti, elmi işçilərinin iştirak etdiyi tədbirdə çıxış edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə universitetdə yerinə yetirilən elmi-tədqiqat işlərindən, elmi məqalələrin beynəlxalq standartlara uyğun yazılmasının əhəmiyyətindən danışıb.

Daha sonra “Clarivate Analytics” Şirkətinin Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə şirkətin fəaliyyətində yeni funksiyalar və onların faydaları haqqında məlumat verib.

Şirkətin digər əməkdaşı “Biopolymer and Cell” jurnalının redaksiya heyətinin rəhbəri və Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika İnstitutunun baş elmi işçisi İrina Tixonkova mövzu üzrə məruzə edib. O, müasir elmi jurnallar, jurnalların seçilməsi və qiymətləndirilməsi üzrə praktik tövsiyyələr, nəşriyyat xərcləri, əlyazmanın tərtibatı, tədqiqat və nəşr dövriyyəsinin əsas mərhələləri, müəllifin, rəyçinin və redaktorun hər bir mərhələdə rolu, nəşriyyat prosesində müəlliflərin ən çox yol verdiyi səhvlər və s. barədə ətraflı çıxış edib.

Sonda iştirakçıların mövzular ətrafında sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 02 may 2018-ci il.



Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026