BDU-da “TEKNOFEST-2024”lə bağlı infosessiya

02/02/2024

“Bilim Bakı” Mərkəzinin rəhbəri, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün infosessiya keçirib.

BDU rektoru Elçin Babayev festivalın tələbə və gənc tədqiqatçılar üçün mühüm fürsət olduğunu qeyd edib. Rektor bidirib ki, BDU “TEKNOFEST-2023”də böyük uğura imza atıb. Universitetin 4 komandası yarışmada müxtəlif kateqoriyalar üzrə təqdim edilmiş 6 layihə ilə təmsil olunub. BDU komandaları “TEKNOFEST-İstanbul” festivalında I və III yerlərə, “TEKNOFEST-Ankara” festivalında isə “En iyi girişim” mükafatına layiq görülüb.

Daha sonra Ahmet Köse dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2024”lə bağlı geniş təqdimat edib. Bildirib ki, "TEKNOFEST-2024” bu ilin avqust ayında Türkiyənin Adana şəhərində keçiriləcək. “TEKNOFEST-2024”də komandalar 46 əsas, 117 alt yarışma kateqoriyası üzrə yarışacaqlar.  “Gələcək Sənsən” şüarı altında təşkil olunan festivalda iştirak üçün qeydiyyat fevralın 20-dək davam edəcək.

Tədbirin sonunda Ahmet Köse yarışmaya qatılmaq istəyən BDU komandalarının suallarını cavablandırıb.

Qeyd edək ki, BDU-nun “TEKNOFEST-2024”də daha geniş tərkibdə iştirakı nəzərdə tutulub. Tələbələr tərəfindən hazırlanacaq layihələr festivalın “Yaşıl texnologiyalar”, “Aqrar texnologiyalar”, “Ağıllı nəqliyyat texnologiyaları”, “Turizm texnologiyaları” və “Pilotsuz uçuş aparatları” kateqoriyalarına təqdim ediləcək.

Xəbərlər

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda
22/05/2026

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub
22/05/2026

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”
22/05/2026