BDU-da “TEKNOFEST-2025”lə bağlı infosessiya

14/01/2025

“Bilim Bakı” Mərkəzinin rəhbəri, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün infosessiya keçirib.

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov tələbə və gənc tədqiqatçılar üçün yeni imkanlar açan “TEKNOFEST”də 2022-ci ildən bəri iştirak edən BDU komandalarının 6-sının qalib olduğunu, 2-sinin isə yarışı birinciliklə başa vurduğunu bildirib. Qeyd edib ki, BDU komandaları Şimali Kipr Türk Respublikasında keçiriləcək “TEKNOFEST-2025” üçün də həvəslə hazırlanır.

Daha sonra Ahmet Köse dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2025”lə bağlı geniş təqdimat edib. “TEKNOFEST-2025”də komandalar 51 əsas, 117 alt yarışma kateqoriyası üzrə yarışacaqlar. Festivalda iştirak üçün qeydiyyat fevralın 20-dək davam edəcək.

Tədbirin sonunda Ahmet Köse yarışmaya qatılmaq istəyən BDU komandalarının suallarını cavablandırıb.

Xəbərlər

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb
06/10/2026

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
06/10/2026

Tanınmış bəstəkar, BDU-nun dosenti Fikrət Əlizadənin “Qəlbin simfoniyası” adlı yubiley gecəsi

Tanınmış bəstəkar, BDU-nun dosenti Fikrət Əlizadənin “Qəlbin simfoniyası” adlı yubiley gecəsi
06/10/2026