BDU-da teleaparıcı Ceyhun Əli ilə görüş keçirilib

07/02/2022

Bakı Dövlət Universitetində (BDU) "ASAN Könüllüləri” Təşkilatı və BDU-nun birgə təşkilatçılığı ilə “Dinamik Gənclik Həftəsi 2” layihəsi çərçivəsində “Yeniyetmə və gənclər arasında nitq mədəniyyətinin inkişafı” mövzusunda görüş keçirilib. Görüşdə İctimai Televiziya və Radio Yayımları şirkətinin teleaparıcısı Ceyhun Əli tələbələrlə öz təcrübəsini bölüşüb.

Görüş çərçivəsində yeniyetmə və gənclər arasında nitq mədəniyyətinin inkişafı, mövcud vəziyyət və problemlər müzakirə olunub, könüllülərin sualları cavablandırılıb.  Qeyd edək ki, görüşdə ASAN Könüllüləri ilə yanaşı BDU-nun Jurnalistika fakültəsinin tələbələri də iştirak ediblər.

Xəbərlər

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa
27/11/2026

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib
27/11/2026

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”
27/11/2026