BDU-da TEMPUS layihəsi çərçivəsində növbəti seminar keçirilib

03/02/2015

Bakı Dövlət Universitetində Avropa komissiyasının TEMPUS proqramının dəstəyi ilə həyata keçirilən tələbələrə xidmət və dəstəyin inkişafı (Student Support and Development Services) adlı layihə çərçivəsində geniş tələbə kütlələri üçün növbəti seminar-treninqlərdən biri reallaşdırıldı.

Tədbiri giriş sözü ilə açan BDU THİK sədri və layihənin meneceri Daşqın Qənbərov layihənin mahiyyəti və əhəmiyyətindən geniş şəkildə bəhs edib. O, layihə çərçivəsində bundan öncə də xeyli sayda seminar-treninqlərin baş tutduğunu diqqətə çatdırıb. Təşkilatın sədri 2 fevral ümumrespublika Gənclər günü münasibəti ilə tələbələri təbrik edib və ölkədə gənclərə göstərilən qayğıdan, yaradılan şəraitdən söz açıb.

Daha sonra tanınmış təlimçi Fəxri Ağayev "Müvəffəqiyyət və məsuliyyət - uğurlu karyeraya gedən yol" mövzusunda seminara başlayıb. Seminarın ana başlıqları Müvəffəqiyyətli karyera, Hədəf təyinetmə, Müvəffəqiyyət və müvəffəqiyyətsizlik, Şans - Bəxt - Qismət olub. Slaydlar vasitəsilə aparılan seminar BDU tələbələrinin marağına səbəb olub. 300-dən çox tələbənin iştirakı ilə 2 saata yaxın davam edən seminar sonda tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 03 fevral 2015-ci il.


Xəbərlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək
13/01/2026

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026