BDU-da TEMPUS UNİVİA layihəsi çərçivəsində seminar

24/05/2016

Bakı Dövlət Universitetində “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” TEMPUS UNİVİA layihəsinin növbəti seminarı keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluq etdiyi seminarda Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə DÖvlət Universiteti və Naxçıvan Dövlət Universitetinin nümayəndələri iştikar ediblər. 2014-cü ildən icra olunan layihə çərçivəsində Beynəlxalq əlaqələr departamentinin əməkdaşları Avropanın müxtəlif universitetlərində seminarlarda iştirak edib, həmin universitetlərin Beynəlxalq əlaqələr departamentlərinin strukturu, iş mexanizmi, iştirak etdiyi layihələr və s. yaxından tanış olublar. BDU-da baş tutan tədbir layihə çərçivəsində İspaniyanın Santiago de Compostela Universitetində təşkil olunmuş seminarın nəticələrinə həsr olunub. Səfər zamanı ali təhsil müəssisəsinin nümayəndələri İspaniyanın ən qədim universitetlədən biri olan Santiago de Compostela Universitetinin strukturu, beynəlxalq əlaqələr ofisi, aparılan tədqiqatlar, iştirak etdiyi layihələr, biznes inkubatorları haqqında ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, layihənin əsas məqsədləri partnyor universitetlərdə Avropa təcrübəsinə və öz ənənələrinə əsaslanan beynəlxalq əlaqələr ofislərinin mexanizminin təsis edilməsi, əcnəbi tələbə-müəllimlərin cəlb edilməsi ilə beynəlxalq təhsil mühitinin yaradılması, dünya universitetlərinin reytinq siyahılarına daxil olması, beynəlxalq əlaqələr ofislərinin strategiyalarının müasirləşdirilməsindən ibarətdir.

Mətbuat və informasiya şöbəsi, 24 may 2016-cı il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024