BDU-da təhsil alan əcnəbi tələbələr onlayn dərslərdə fəal iştirak edir

13/05/2020

Koronavirus (COVID-19) epidemiyasının yaratdığı mövcud vəziyyətlə əlaqədar Bakı Dövlət Universiteti (BDU) 2020-ci il 1 aprel tarixindən etibarən tədrisin məsafədən təşkilini uğurla davam etdirir. Universitetin hazırlıq qruplarında təhsil alan əcnəbi tələbələr də məsafədən təhsil prosesində fəal iştirak edirlər. Hazırda “Microsoft Teams” platforması vasitəsilə video-konfrans alətinin tətbiqi sayəsində müəllim və tələbələrin virtual məkanda tədris prosesində iştirakı uğurla təmin olunub.

Tələbələrə təlim dili ilə paralel olaraq ixtisas fənləri də tədris olunur. Tədris prosesində Azərbaycan dilçiliyi, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası, İngilis dili, Rus dili (humanitar), Azərbaycan tarixi, Beynəlxalq münasibətlər, Mülki hüquq, Beynəlxalq ümumi hüquq, Cinayət prosesi və başqa kafedralarının müəllimləri iştirak edir. Qeyd edək ki, hazırlıq kursunda 6 qrupda ümumi 36 nəfər əcnəbi tələbə təhsil alır. Onlardan 30 nəfəri mütəmadi olaraq onlayn dərslərdə iştirak edir.

Xəbərlər

BDU tələbələrinin nəzərinə!

BDU tələbələrinin nəzərinə!
03/11/2026

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
03/11/2026

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
03/11/2026