BDU-da təhsil alan əcnəbi vətəndaşlar üçün infotur

17/10/2025

Bakı Dövlət Universitetinin (BDU) hazırlıq kurslarında təhsil alan əcnəbi vətəndaşlar üçün infotur keçirilib.

İnfotur zamanı əcnəbi tələbələr BDU-nun Heydər Əliyev muzeyi, Genetika və təkamül muzeyi, Faydalı qazıntılar muzeyi, Universitetin unikal layihəsi olan “EKO Məkan” və “Tələbə məkanı”nda olublar.

Tələbələrə BDU-dakı ixtisaslar barədə ətraflı məlumat verilib. Bildirilib ki, müasir dövrün tələbləri və karyera imkanları nəzərə alınaraq, tələbələr üçün hər cür şərait yaradılıb. Universitetin müasir tədris metodları, informasiya texnologiyaları sahəsində tətbiq etdiyi yeniliklər, BDU-nun “TEKNOFEST” və “Robotex” komandalarının beynəlxalq uğurları da diqqətə çatdırılıb.

Xəbərlər

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim
11/11/2026