BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib

27/11/2026

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru tələbələr üçün “Təhsilə doğru motivasiya” adlı təlim keçirib.

Sektorun psixoloqu Natəvan Həsənzadə motivasiya anlayışı, onun təhsil prosesində rolu, tələbələrin qarşılaşdığı motivasiya çətinliklərinin aradan qaldırılması yolları haqqında tələbələrə məlumat verib. İştirakçılar motivasiya sahəsində geniş istifadə olunan Abraham Maslounun “Tələbatlar piramidası” və Pirs Stilin “Motivasiya nəzəriyyəsi” ilə tanış edilib. Bu nəzəriyyələrin gündəlik həyat və təhsil prosesində tətbiq yolları izah olunub.

Təlimin praktiki hissəsində motivasiyanı gücləndirməyə yönələn tapşırıqlar həyata keçirilib, iştirakçılar müxtəlif situasiyalar üzərində işləyərək öz hədəflərini müəyyənləşdirmək və onlara çatmaq yollarını müzakirə ediblər. Tələbələr mövzu ilə bağlı test edib, nəticələr əsasında öz motivasiya səviyyələrini qiymətləndiriblər.

 

 

 

Xəbərlər

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa
27/11/2026

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib
27/11/2026

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”
27/11/2026