BDU-da Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş

20/04/2023

Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri Bakı Dövlət Universitetinin (BDU) Kimya, Ekologiya və torpaqşünaslıq fakültələrinin tələbələri ilə görüşüblər.
Görüşdə Fondun nümayəndələri Günay Nəzərli və Aynur Bağırova təqdimatla çıxış ediblər. Onlar tələbələrə Fondun fəaliyyəti və təhsil tələbə kreditinin verilməsi qaydaları barədə ətraflı məlumat veriblər. Bu layihənin sosial müdafiəsi zəif olan tələbələrə dəstək məqsədi daşıdığı vurğulanıb. Fond əməkdaşları tələbələri dövlətin yaratdığı imkandan yararlanmağa çağırıblar.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, TTFK-nin əsas missiyası təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026