BDU-da təkmilləşdirmə kursları başlayıb

17/04/2023

Strateji İnkişaf Planının fəaliyyət istiqamətlərinə uyğun olaraq tədrisdə keyfiyyətin artırılması, akademik heyətin potensialının üzə çıxarılması, yeni nəslin tədris və təlim proseslərinə cəlb olunması, onların  qabaqcıl elmi-metodik üsulları mənimsəməsinə böyük diqqət yetirən Bakı Dövlət Universitetində (BDU) təkmilləşdirmə kursları başlayıb.

Aprelin 17-dən mayın 26-dək Universitetin 70-dən çox əməkdaşının bu kurslarda dinləyici qismində iştirakı nəzərdə tutulur.

Təlimlər “Pedaqogika və milli-mənəvi dəyərlərə əsaslanan müasir təlim metodları”,  “Pedaqoji və tətbiqi psixologiya”, “İnformasiya və kommunikasiya texnologiyaları” istiqamətləri üzrə keçiriləcək. Kursun proqramına  “Heydər Əliyevin siyasi portreti”, “Xalqımızın 44 günlük Vətən müharibəsindəki qələbəsi Azərbaycanın şanlı tarixidir”, “Təlim prosesində tələbələrdə yaradıcı təfəkkürün inkişaf etdirilməsi”, “Heydər Əliyev və Azərbaycanda gender inkişafı”, “Təlim texnologiyalarından istifadə metodikası”, “Ali məktəbdə interaktiv dərs modeli” kimi mövzular daxil edilib.

Təkmilləşdirmə kursları başa çatdıqdan sonra dinləyicilərə sertifikatlar veriləcək.

Xəbərlər

Qürur və şərəf günü

Qürur və şərəf günü
20/01/2026

BDU-nun Astrofizika kafedrası: “Geomaqnit qasırğası müşahidə olunur”

BDU-nun Astrofizika kafedrası: “Geomaqnit qasırğası müşahidə olunur”
20/01/2026

BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib

BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib
20/01/2026