BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə!

05/06/2026

Bakı Dövlət Universitetində (BDU) 2026/2027-ci tədris ili üzrə əlavə təhsilin təkrar ali təhsil istiqaməti çərçivəsində aşağıdakı ixtisaslarda elektron sənəd qəbuluna başlanılıb:

  • Hüquqşünaslıq
  • Psixologiya
  • Dövlət və ictimai münasibətlər
  • Tarix
  • Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

BDU-da təkrar ali təhsil almaq arzusunda olan namizədlər sənədlərini elektron qaydada portal.edu.az platforması vasitəsilə təqdim edə bilərlər.

Sənəd qəbulu 14 avqust 2026-cı il tarixinədək davam edəcəkdir.

Müraciət edən şəxslər portal üzərindən müraciətlərinin cari statusunu izləyə, müsahibə və imtahanlarla bağlı məlumat əldə edə, təhsil haqqını onlayn qaydada ödəyə bilərlər.

Əlavə məlumat almaq və ya yaranan suallarla bağlı müraciət etmək üçün (həftənin I-V günləri saat 10:00-dan 17:00-dək) +994505737417 nömrəsi ilə əlaqə saxlanıla bilər.

Xəbərlər

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
16/10/2026