BDU-da Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi açılıb

24/06/2022

Bakı Dövlət Universitetində (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi açılıb.

Mərkəzin açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Universitetin qarşıya qoyduğu əsas məqsədlərdən biri də təhsil və elmin təcrübə ilə əlaqələndirilməsi və müxtəlif sahələr üzrə beynəlxalq standartlara cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Yeni yaradılan Mərkəz məhz bu istiqamətdə fəaliyyət göstərəcək.

Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi 24 saat açıq olacaq. Burada tələbələr elmin müxtəlif sahələri üzrə tədqiqatlar aparacaq, tədris prosesində əldə etdikləri bilikləri daha da gücləndirəcəklər. Mərkəz BDU-nun tələbələri ilə yanaşı, digər ali məktəblərin tələbələrinə də xidmət göstərəcək: “Burada tələbələr astronomik müşahidələrdən tutmuş müxtəlif kimyəvi reaksiyalara qədər apara bilərlər. Mərkəzdə ən müasir teleskop, elektron meteostansiya, günəş lövhələri quraşdırılıb. Hər şey tələbələr, onların elmi yaradıcılıq potensialının üzə çıxarılması üçündür”.

Təhsil nazirinin müşaviri Nicat Məmmədli isə qeyd edib ki, tələbələrin müxtəlif elm sahələri üzrə müzakirə və təcrübə apara bilmələri üçün belə mərkəzlərin yaradılması zəruridir. Bu tip mərkəzlərin olması  universitetlərin “Tədqiqat universiteti” statusu alması üçün də əsas şərtlərdən biridir. Nicat Məmmədli BDU-nun “Tədqiqat universiteti” statusu almağa ən potensial namizəd olduğunu vurğulayıb: “BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin, müxtəlif elmi-tədqiqat laboratoriyalarının yaradılması Universiteti “Tədqiqat universiteti” statusuna daha da yaxınlaşdıracaq”.

Qeyd edək ki, Mərkəzdə elektronika, materialşünaslıq və kimya mühəndisliyi, İT, proqramlaşdırma və süni intellekt təlimi, mexanika, mexatronika və robototexnika mühəndisliyi, ekologiya mühəndisliyi, astrofizika və kosmik elmlər istiqamətləri üzrə dərnəklər fəaliyyət göstərəcək. Mərkəzə tələbələrin astronomik hadisələri izləyə və gələcəkdə tədqiqatlar apara bilmələri üçün Şmidt-Kassegren teleskopu alınıb. Teleskopun diametri 23 sm-dir.

Bundan başqa Mərkəzdə gecə vaxtı səmanı və meteoselləri izləmək üçün tam-səma kamerası quraşdırılıb. Kamera 180 dərəcəlik görüntü qabiliyyətinə malikdir.

Xəbərlər

BDU əməkdaşları DIRNA layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak ediblər

BDU əməkdaşları DIRNA layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak ediblər
09/12/2024

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı millət vəkili Mehriban Vəliyeva olub

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı millət vəkili Mehriban Vəliyeva olub
09/12/2024

BDU tələbələri uğurlu karyera quruculuğu ilə bağlı məlumatlandırılır

BDU tələbələri uğurlu karyera quruculuğu ilə bağlı məlumatlandırılır
09/12/2024