BDU-da Tələbə Gənclər Təşkilatı barəsində məlumatlandırma tədbiri

23/10/2023

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “TGT nədir?” layihəsi çərçivəsində I kurs tələbələri üçün məlumatlandırma tədbiri keçirilib.

BDU-nun Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ələkbər Həsənov Universitetin TGT komandasının tərkibində fəaliyyət göstərən klublar, onların məqsəd və vəzifələri barədə söz açıb. Bildirib ki, TGT tələbə-gənclərin Universitetin və ölkənin ictimai həyatına daha fəal qoşulması, əmək fəaliyyətinə hazırlanması, təhsilalanlarla ideoloji işin gücləndirilməsi, onlarda elmə böyük həvəs oyadılması məqsədilə tədbirlər həyata keçirir.

ATGTİ-nin üzvlərlə iş üzrə meneceri Rüfət Rüstəmov və klublarla iş üzrə meneceri Aqil Quliyev təşkilatın fəaliyyəti, həyata keçirdiyi proqram və layihələri, klubları haqqında tələbələrə məlumat verib, şəbəkələşmə prosesində klubların işinin vacibliyini vurğulayıblar.

Sonra tələbələrin təşkilatla bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa
27/11/2026

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib
27/11/2026

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”
27/11/2026