BDU-da “Tələbə Hüquq Jurnalı”nın yaranmasının 10 illiyi qeyd olunub

21/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə fakültənin nəşri olan, “Scopus” və “HeinOnline” kimi nüfuzlu bazalarda indekslənən “Tələbə Hüquq Jurnalı”nın yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev jurnalın tələbələrin elmi yaradıcılıq və hüquqi düşüncələrinin formalaşmasındakı rolundan, hüquq elminin və gənc hüquqşünasların inkişafına verdiyi töhfələrdən söz açıb. Bildirib ki, postsovet məkanında nüfuzlu beynəlxalq elektron bazalarda indekslənmiş və tələbələr tərəfindən idarə olunan ilk və yeganə akademik nəşr olan “Tələbə Hüquq Jurnalı” beynəlxalq səviyyədə yüksək nüfuza sahibdir. Jurnal ABŞ-nin Kaliforniya Universitetinin Berkeley, Yel Universitetinin  kitabxalarında həm elektron, həm də fiziki formatda yer alır.

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov təbrik məktubu iştirakçıların diqqətinə çatdırılıb.

Jurnalın baş redaktoru, Hüquq fakültəsinin III kurs tələbəsi Camal Əzimov, ilk baş redaktoru Orxan Abdulkərimli, Vəkillər Kollegiyasının Akademiyasının rektoru Əmir Əliyev, Kollegiyanın Biznes hüququ komitəsinin sədri Nazlı Əhmədova, Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Mansur Səmədov nəşrin tələbələrin hüquqi biliklərinin artmasında mühüm rol oynadığını bildiriblər.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026