BDU-da "Tələbə həyatında dəri sağlamlığı" adlı infosessiya

22/04/2026

Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatı, Təhsilin İnkişafı Fondu və “Olivia Beauty & Care” MMC-nin təşkilatçılığı ilə “Tələbə həyatında dəri sağlamlığı” adlı infosessiya keçirilib.

“BDU könüllüləri”nin layihələrin idarə edilməsi və təşkilatlarla iş üzrə meneceri Mədinə Xəlilova qurumun əsas məqsədlərindən birinin tələbələrin yalnız akademik deyil, fiziki və psixoloji rifahına töhfə vermək olduğunu bildirib. O vurğulayıb ki, belə infosessiyalar gənclərin gündəlik həyatlarında düzgün vərdişlər formalaşdırmasına, özlərinə qayğı mədəniyyətinin inkişafına xidmət edir.

Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Aysel Məhərrəmova "TələbəPlus" kartının tərəfdaşları siyahısında kafe və restoranlar, geyim mağazaları, kitab evləri, əyləncə və istirahət mərkəzləri, eləcə də xidmət sahələrinin yer aldığını qeyd edib. Bu müəssisələrdə tələbələr üçün xüsusi endirimlər, kampaniyalar və bonus imkanları təqdim olunduğunu, “Olivia Beauty & Care” MMC-nin da bunlardan biri olduğunu diqqətə çatdırıb.

“Olivia Beauty & Care” MMC-nin marketinq meneceri Aygün Mirzalıyeva çıxışında şirkətin tələbələr üçün etdiyi endirimlər, bu endirimlərdən və digər sərfəli imkanlardan istifadə qaydalarını izah edib. Qeyd edib ki, sıx dərs qrafiki, stres və yanlış qidalanma kimi amillər tələbələrin dəri vəziyyətinə birbaşa təsir edir. Belə maarifləndirici görüşlər onların düzgün istiqamətləndirilməsi baxımından mühüm rol oynayır.

Daha sonra sahə üzrə mütəxəssis Ülkər Şükürlü “Tələbə həyatında dəri sağlamlığı” mövzusunda təqdimatla çıxış edib. O, dərinin qatları və növləri barədə ətraflı danışıb, səhər və axşam dəriyə qulluq məhsullarının istifadə olunma ardıcıllığını, dəri tipinə uyğun olmayan məhsullar istifadə olunduqda yaranacaq problemləri tələbələrin diqqətinə çatdırıb.

Sonda tələbələrin mövzuyla bağlı sualları cavablandırılıb və püşkatma ilə təsadüfi olaraq seçilən 10 tələbəyə hədiyyələr verilib.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026