BDU-da tələbə və məzunlar üçün "Peşəkar bank işçisi" mövzusunda təlim keçirilib

22/10/2021

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında "Qoşa saat" layihəsi çərçivəsində növbəti təlim keçirilib. "Peşəkar bank işçisi" mövzusunda keçirilən təlim BDU-nun Karyera və məzunlarla əlaqə sektoru və ABB-nin birgə təşkilatçılığı ilə tələbə və məzunlar üçün təşkil olunub.

Azərbaycan Beynəlxalq Bankının Hüquqi təhlil və korporativ işlər şöbəsinin müdiri Ülkər Məmmədova və Müqavilələr və bank əməliyyatlarına hüquqi dəstək şöbəsinin müdiri Cavid Muxtarov "Peşəkar bank işçisi" mövzusunda çııxş edərək təlim iştirakçılarına bank işində idarəetmənin üstünlükləri, o cümlədən şəffaflıq və hesabatlılıq, korporativ maliyyənin idarə olunması, bank işçisinin vəzifə və öhdəlikləri, bu istiqamətlərdə beynəlxalq təcrübə barədə məlumat veriblər.

Tələbələrin bankların fəaliyyətində hüquq strukturunun rolu və banklarda hüquq istiqamətində karyera inkişafı barədə sualları cavablandırılıb. Sonda Karyera və məzunlarla əlaqə sektorunun əməkdaşı İlkin Şərifov BDU-da tələbələr üçün daima yeni təlim və layihələr həyata keçirildiyini vurğulayıb, onları keçirilən seminar və treninqlərdə fəal iştirak etməyə çağırıb.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026